Qarabağdakı separatçı rejimlə əlaqə haramdır – Xamenei

0
624


 

Ayətullah Xamneyinin Qarabağ məsələsinə mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq haramdır və qanunla qadağandır. Bu, ilk növbədə bir Ayətullah kimi onun fitvasıdır. Bu fitva şəriətin hökmüdür və bütün müsəlmanların mövqeyi belə olmalıdır. Bu mövqe heç vaxt dəyişməyəcək.

Arazinfo Axar.az-a istinadən xəbər verir ki, bu sözlər SalamNews İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ayətullah Xameneiyə ünvanladığı sorğuya cavab olaraq İranın ali dini liderinin baş ofisinin cavabında əksini tapıb.

“Bu həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”, – cavabında vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə İran şirkətlərinin Qarabağ separatçılarına yardım göstərməyə davam etdiyi barədə Ermənistandakı “İran Mellat Bankı”ının hüquq sektorunun keçmiş rəhbəri Hraçya Ovanisyanın etirafları və faktlar yayılmışdı.

O bildirib ki, bank öz işini gizlətmək naminə bütün qanunsuz əməllərə əl atır: “Bütün dünyada fəaliyyət göstərən erməni təşkilatları, ürəyi ermənilər üçün döyünən şəxslərin etdiyi kimi, “İran Mellat Bankı”nın İrəvan filialı da növbəti dəfə 2016-cı ilin aprelində “Dağlıq Qarabağ Respublikasına” böyük miqdarda maliyyə yardımı göndərib. Lakin bank adının hər hansı rəsmi sənədlərdə hallanmaması üçün bank köçürməsi həyata keçirmir. Bank tərəfindən təşkil olunan bu tip yardımlar fərdi kuryer vasitəsilə reallaşdırılır. Növbəti dəfə bank rəhbərliyi tərəfindən kuryer olaraq mən seçildim. Kuryer olaraq “Dağlıq Qarabağ Respublikası”na aparılan yardımı “ünvanına” çatdırıb, geri dönməli idim, ancaq Gorisdə olarkən könüllülərlə birlikdə Dağlıq Qarabağ ərazisində qalıb 4-7 aprel tarixlərində Qarabağın cənub-şərqində Azərbaycana qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdim”.

O, müraciətində bankda işlədiyi zaman Dağlıq Qarabağa yardım edən bir sıra İran şirkətlərinin siyahısını yayımlayıb:

“Ermənistandan Dağlıq Qarabağda yüzlərlə İran şirkəti fəaliyyət göstərir. Bankda olan qeydiyyatlara görə, bunlar “Mona Qrup” (Rəhmani, Rəşidi, Azərban Həddad), “Kankar”(Seyid Nur Eyni), “Şərifli” (Rza Şərifi), “Süleymani” (İzzət Süleymanpur), “Arya Filiz Nab” (Rəsul Ənzari), Araz Mühacir Ticarət” (Kazım Səfərzadə), “Aftab” (Əzimi Əhmədpur), “Arazfud” (Cavad və Məhəmməd Bimeqdar), “Nüsrəti” (Rza Nüsrəti), “Pəyan-e Saderat” (Davud Cokar), “Vasif” (Məhəmməd Cəfərpur Vasif), “Firuznejat” (Əhməd Firuznejat), “Nəcəfzadə” (Nəcəfzadə), “Kaimifa” (Əbülfəz Mətləbzadə), “Turac” (Məhəmmədhüseyin Yusifzadə), “Armen” (Əli Qüdrəti), “Ava” (Vahik Ohancanyan), “Kraun” (Hamu Davudi), “Şölə” (Seyidəli Hüseyni), “Suas” (Hüseyn Şadi), “AMO Kimya” (Nadir İrani, Vəhid Nəhavəndiyar), “Nahid” (Möhsüm Fərşbaf), “Səba Saha” (Rza Nafəzi), “Petrocəm” (Cəlil Heydəri), “Derəxşan” (İsmayıl İbrahimi), “Şahsuvari” (Rza Şahsuvari), “İzorof” (Təhmuraz İmani), “Rizşin” (Əli Əzhəri), “Elivoud” (Hüseyn Şeybani), “Tirkaran” (Məhəmməd Ənsari), “Mələki” (Hüseyn Mələki), “Luba” (Əli Azad Əfruz), “Nardino” (Siyamək Boləndi), “Kultrom” (Səda Allahverdiyan), “Şadan” (Şəhruz Hüseyni), “Sunesar” (Nasir Ətayi), “Suzan” (Behruz Caznəgu), “Növcavan qardaşları” (Cavad Növcavan), “Tatyo” (Arlen Davudyan), “Şahinans” (Vahik Şahinans), “Roberto” (Rubik Minasyan), “Arbi” (Varuj Ayvazyan), “Şahbaz” (Məhəmmədrza Baqeri), “Kyudot” (Rəhim Ali), “Ambret” (Pərviz Nüsrəti), “Bir” (Hadi Purradi Gərgəri), “Kondal” (Əsğər Fədai), “Aypeks Nur” (Əfşin Nəsiri), “Miyad” (Yunes Rezayi Əqdəm), “Paknam” (İsa İmami), “Marlik” (Əli Nəsirli Livarcani), “Şahab Səhənd” (Cavad Rəhimi Namdar), “Ərcümənd” (Əlirza Ərcümənd), “Livarcan” (Möhsün Cənabiyye), “Silis Şen” (Seyid Əbülfəz Səlili), “Minamesa” (Məhəmməd Eslami), “Nadir” (Nadir Kərimiyan Siyahrud), “Rand” (Rəhman Behruzi), “Trakliyan” (Həmid Xorrəmi), “Didar” (Əlirza Həlimi Təbrizi), “General Oil” (İbrahim Dadaşi Fərxəndi), “Aştarak” (Məhəmməd Əli Əsğəri), “Necati” (Yusif Necati), “Alişan” (Serjik), “Hadi” (Rza Hadi), “Zakeri” (Mənuçehr Zakeri), “Apada” (Əlirza Firuzməndi), “Olaks” (Yusif Çaleş), “Alfapetrolium” (Harut Aslanyan), “Sanir” (Katuziyan), “Biga” (Jerj Qədimi), “Arm Oil” (Hernik Darqukasyan), “Motoşop” (Rafiq Qarqusyan), “Raymond” (Raymond Tarverdiyan), “Harmik motor” (Harmin Manaseryan), “Şin Ezgim” (Əmir Əzhəri), “Əndişeyi İraniyan” (Əli Əlicanduxt), “Tun tun” (Serj Əmirxanyan), “Zöhrabyan” (Zöhrabyan qardaşları) və “Edko” (Armen Xodobəxşiyan) kimi şirkətlərdir. Bu şirkətlərin adından tez-tez Dağlıq Qarabağa bizim bank yolu pul köçürmələri olur”.

 

BIR CAVAB BURAXIN