Qarabağa köçən rusiyalı milyoner: “Bu gün eşitdim ki, Zakir Qaralov məni axtarır…”

0
571

2015-ci ildə qəfildən Moskva ətrafındakı fermasını atıb ailəsi ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köç edən, (yaxud göndərilən) lakin daha sonra Bakının onun barəsində cinayət işi açmasından sonra Rusiyaya geri qayıdan ekstravaqant milyoner German Sterliqov yenə üzə çıxıb.

Virtualaz.org xəbər verir ki, Sterliqov bu gün özünün Facebook səhifəsində yazıb: “Bu gün mənə xəbər verdilər ki, Azərbaycanın Baş prokuroru yenidən Rusiya hakimiyyətindən barəmdə cinayət işi qaldırılmasını və tutulub Bakıya təhvil verilməyimi tələb edir. Bütün bunlar ona görədir ki, mən yüksəkdən və arqumentləşdirilmiş şəkildə Qarabağın erməni torpağı olduğunu demişəm. Və mənim müsahibəmə dünyanın hər yerindən milyonlarla adam baxıb. Ona görə də belə görünür ki, məni ələ keçirib hamının gözü qarşısında xırda hissələrə doğramaq istəyirlər”.

Sterliqov daha sonra yazır ki, Azərbaycan hakimiyyəti əmin ola bilər: Rusiya onu verməyəcək. “Çünki burada hakimiyyətdə Putindir, Lukaşenko deyil. Və Rusiya hansısa banan ölkəsi yox, yaxın gələcəyin monarxiyasıdır”.

German Sterliqov 2015-ci ildə qəfildən Dağlıq Qarabağa köçəndə bunu özü Azərbaycanın işğal altındakı ərazilərində “ekoloji təmiz məhsullar” istehsal etmək və onları Rusiyaya ixrac etmək, “kəndli təsərrüfatının inkişafı ilə məşğul olmaq” planları ilə izah etmişdi. Lakin Rusiya mətbuatı yazmışdı ki, ola bilsin Sterliqov BORN millətçi təşkilatının qətldə ittiham olunan üzvlərinin işində adının keçməsi səbəbindən Qarabağa qaçıb. Bir çoxları isə Sterliqovun ümumiyyətlə Rusiya xüsusi xidmət orqanları tərəfindən hansısa siyasi məqsədlərlə Qarabağa “ezam edildiyini” təxmin etmişdi.

Sterliqov Qarabağa qəfil gəldiyi kimi qəfil də getdi. Azərbaycan Baş prokurorluğu onun barəsində cinayət işi açdı və müstəntiqlər qalmaqallı biznesmeni dindirmək üçün Moskvaya ezam olundular. Lakin Rusiya Sterliqovun barəsində cinayət işi qaldırıb onu həbs etmədi və məsələ sanki unuduldu. İndi isə qalmaqallı biznesmen yenidən səhnəyə çıxıb və Qarabağın “erməni torpağı” olması haqda danışmağa başlayıb. Və Zakir Qaralov da yenidən onu yada salıb…

Virtualaz.org

BIR CAVAB BURAXIN