“Qarabağ planı”na agentlər daxil oldu – Putindən yeni həmlə

0
558

Rusiya prezidentinin administrasiyası xüsusi xidmət orqanlarından “Qarabağ layihəsi” haqqında öz rəylərini verməyi tələb edib.
  Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü layihənin həyata keçməsi üçün bütün variantlar üzərində düşünür. Xüsusi xidmət orqanlarına verilən tapşırıq da bunun bir hissəsidir.
Məlumata görə, Rusiya xarici kəşfiyyat idarəsinin rəhbərləri administrasiyaya təqdim etdikləri hesabatda təkliflərin və mövqelərin bir-biri ilə uyğunlaşdırılmasını məsləhət görürlər. Həmçinin, onlar münaqişənin həllinə razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanda qarşılaşa biləcəkləri çətinlikləri araşdırıblar.
Qeyd edək ki, Putinin irəli sürdüyü “Qarabağ layihəsi” işğal olunmuş rayonların (5+2) qaytarılmasını, bölgəyə sülhməramlıların yerləşdirilməsini, daha sonra Qarabağın statusunun müəyyən edilməsini nəzərdə tutur.

Publika.az

BIR CAVAB BURAXIN