“Qarabağ” böyük hesabla uduzdu

0
678

Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları “Qarabağ” üçün uğursuz olub.

Arazinfo.com-un verdiyi məlumata görə, öz meydanında “Sportinq” qəbul edən “Qarabağ” 1: 6 hesabı ilə məğlub olub.

“Arsenal” isə “Vorskla”nı 3:0 hesabı ilə məğlub edib.

“Fənərbaxça” evdə Zaqreb “Dinamo”su ilə bərabərliyə qalıb.

“Akhisar” Rusiyada  “Krasnodar”a məğlub olub – 1:2.

“Beşiktaş” isə Norveçdə “Sarpsporq”la oynda 0:2 hesabı ilə geri düşsə də sonra 3 qol vuraraq əzmkar qələbə qazanıb.

5-ci  turun oyunlarından sonra Avroliqada növbəti mərhələyə yüksələn digər komandaların da adı məlum olub. Belə ki, bu turrn oyunlarından sonra “Zalsburq” (Avstriya), “Zenit” (Rusiya), “Fənərbağça” (Türkiyə), “Sportinq” (Portuqaliya), “Betis” (İspaniya) və “Dinamo” (Kiyev, Ukrayna) qrupdan çıxmağı bacarıb.

Turun digər oyunları belə nəticələnib:

Avropa Liqası, qrup mərhələsi, V tur

29 noyabr

A qrupu

21:55. “Bayer” (Leverkuzen, Almaniya) – “Lüdoqorets” (Bolqarıstan) – 1:1

21:55. “Sürix” (İsveçrə) – AEK (Larnaka, Kipr) – 1:2

Xal durumu: “Bayer” – 10, “Sürix” – 9, AEK – 5, “Lüdoqorets” – 3.

B qrupu

21:55. “Rusenborq”(Norveç) – “Seltik” (Şotlandiya) – 0:1

21:55. “Zaltsburq” (Avstriya) – “Leyptsiq” (Almaniya) – 1:0

Xal durumu: “Zaltsburq” – 15, “Seltik” – 9, “Leyptsiq” – 6, “Rusenborq” – 0.

C qrupu

21:55. “Bordo” (Fransa) – “Slaviya” (Praqa, Çexiya) – 2:0

21:55. “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka) – 1:0

Xal durumu: “Zenit” – 11, “Slaviya” – 7, “Kopenhagen” – 5, “Bordo” – 4.

D qrupu

21:55. “Fənərbağça” (Türkiyə) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:0

21:55. “Anderlext” (Belçika) – “Spartak” (Trnava, Slovakiya) – 0:0

Xal durumu: “Dinamo” – 13, “Fənərbağça” – 8, “Spartak” – 4, “Anderlext” – 2

E qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Sportinq” (Lissabon, Portuqaliya) – 1:6

21:55. “Vorskla” (Poltava, Ukrayna) – “Arsenal” (İngiltərə) – 0:3

Xal durumu: “Arsenal” – 13, “Sportinq” – 10, “Vorskla” – 3, “Qarabağ” – 3.

F qrupu

21:55. “Betis” (İspaniya) – “Olimpiakos” (Yunanıstan) – 1:0

21:55. “Milan” (İtaliya) – “Düdelanj” (Lüksemburq) – 5:2

Xal durumu: “Betis” – 11, “Milan” – 10, “Olimpiakos” – 7, “Düdelanj” – 0.

G qrupu

19:50. “Spartak” (Moskva, Rusiya) – “Rapid” (Vyana, Avstriya) – 1:2

00:00. “Reyncers” (Şotlandiya) – “Vilyarreal” (İspaniya) – 0:0

Xal durumu: “Vilyarreal” – 7, “Rapid” – 7, “Reyncers” – 6, “Spartak” – 5.

H qrupu

00:00. “Apollon” (Kipr) – “Latsio” (İtaliya) – 2:0

00:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Marsel” (Fransa) – 4:0

Xal durumu: “Ayntraxt” – 15, “Latsio” – 9, “Apollon” – 4, “Marsel” – 1.

I qrupu

00:00. “Malmö” (İsveç) – “Genk” (Belçika) – 2:2

00:00. “Sarpsporq” (Norveç) – “Beşiktaş” (Türkiyə) – 2:3

Xal durumu: “Genk” – 8, “Beşiktaş” – 7, “Malmö” – 6, “Sarpsporq” – 5.

J qrupu

00:00. “Standard” (Lyej, Belçika) – “Sevilya” (İspaniya) – 1:0

21:55. “Krasnodar” (Rusiya) – “Akhisar” (Türkiyə) – 2:1

Xal durumu: “Krasnodar” – 12, “Sevilya” – 9, “Standard” – 9, “Akhisar” – 0.

K qrupu

00:00. “Yablonets” (Çexiya) – “Renn” (Fransa) – 0:1

19:50. “Astana” (Qazaxıstan) – “Dinamo” (Kiyev, Ukrayna) – 0:1

Xal durumu: “Dinamo” – 11, “Astana” – 8, “Renn” – 6, “Yablonets” – 2

L qrupu

00:00. “Çelsi” (İngiltərə) – PAOK (Yunanıstan) – 4:0

21:55. BATE (Belarus) – “Videoton” (Macarıstan) – 2:0

Xal durumu: “Çelsi” – 15, BATE – 6, “Videoton” – 6, PAOK – 3.