Qara Dəliklər – başqa kainatın qapısıdır` – Stiven Houkinqdən şok elmi nəzəriyyə

0
558
Professor Stephen William Hawking, CH, CBE, FRS, FRSA, at the Department of Applied Mathematics and Theoretical Physics, University of Cambridge..Photograph © Jason Bye.t: 07966 173 930.e: mail@jasonbye.com.w: http://www.jasonbye.com.

`Qara Dəliklər – bir kainatdan digərinə açılan qapıdır. Və onun daxilinə düşən kosmonavt dəliyin içində qalmayacaq, başqa yerdə peyda olacaq`. Bu nəzəriyyəni tanınmış astrofizik Stiven Houkinq irəli sürüb.

AzVision.az xəbər verir ki, alimin fikrincə, Qara Dəliklərin sürətlə fırlanması da bu nəzəriyyəni təsdiqləyir. Amma ora daxil olandan sonra siz daha geriyə dönə bilməzsiniz. `Yəni bu səyahət ancaq bir istiqamətdədir` – deyə Houkinq Stokholmdakı elmi konfransda bildirib.

Qeyd edək ki, `Qara Dəliklərin daxilində nə baş verir` sualı bu gün də elmi ən çox maraqlandıran suallardandır. Alimlər düşünürlər ki, Qara Dəliyə düşən cism barədə ən azı informasiya qalmalıdır. Hokinq də bu fikirdədir ki, hətta əgər Qara Dəlik başqa kainata qapıdırsa, ora düşən cism barədə ən azı informasiya bu kainatda qalmalıdır.

Hazırda Stiven Hokinq Qara Dəliklərin ən böyük bilcisi hesab olunur.

BIR CAVAB BURAXIN