Qar çovğunu Moskvada 40 hava reysinin təxirə salınmasına səbəb olub

0
381

Moskvada davam edən qar çovğunu  40 hava reysinin təxirə salınmasına səbəb olub. Arazinfo.com russian.rt-yə istinadən verdiyi xəbərə görə Domodedovo hava limanında 9, Şeremetyev hava limanında isə 13 hava reysi təxirə salınıb. Ümumilikdə isə güclü qar çovğunu nəticəsində 40 hava reysini həyata keçirmək mümkün olmayıb.

Xatırladaq ki, ötən gün “Fobos” hava mərkəzi mütəxəssisləri Moskvada dekabrın 13-də güclü qar çovğunu olacağı barədə paytaxt sakinlərinə xəbərdarlıq etmişdilər.