“Qalib olma, pulumuz yoxdur” – “Eurovision”da qalmaqal

0
550

“Qalib olma, pulumuz yoxdur”

Çexiyanın “Eurovision” təmsilçisi Martina Barta şok açıqlama verib. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Çexiyanın ictima televiziyasının rəhbəri barədə ittiham səsləndirib.

Barta iddia edib ki, o, yarışmaya gəlməmişdən qabaq kanal rəhbəri ilə görüşüb.

TV rəhbəri ona “Yarışmada qalib olma, bizim müsabiqəyə ev sahibliyi etməyə imkanımız yoxdur. Martina, sən qətiyyən birinci olma!” deyib.

Martina isə çexiyalı direktora “Yox, biz hazırıq. Hətta əminəm ki, gələn il “Eurovision” Praqaya çox yaraşacaq” deyə bildirib.

Sənətçi deyib ki, ölkənin birinci kanalı yarışmaya ciddi baxmır. Bunun ardından Çexiyanın birinci kanalı Martina barəsində açıqlama yayıb:

“Biz seçim turlarında Dasha adlı iştirakçı ilə maraqlanırdıq. Lakin musiqiçi Martin Kumzak Dashanın yerinə Martinanın getməyini istədi. Əvvəlcə onun kimliyi barədə məlumat aldım. Çünki, Martinanı heç tanımırdım. Daha sonra ifalarına baxdım, bəyəndik və “Eurovision”a göndərdik”.

BIR CAVAB BURAXIN