Qafqaz Universitetinin rektorluğu tələbə və valideynlərə çağırış etdi

0
529

Qafqaz Universiteti ali məktəbin bağlanması qərarından təsirlənən tələbələrin, valideynlərin və digər şəxslərin sosial şəbəkələrdə müxtəlif yerlərdə toplanmaq, həmrəylik və ya etiraz nümayiş etdirmək kimi çağırışlarlarına münasibət bildirib.

Universitetin mətbuat xidmətindən virtualaz.org-a verilən xəbərə görə, Qafqaz Universitetinin rektorluğu rəsmi olaraq bu kimi halların yolverilməz olduğunu bildirib. Rektorluq həmin şəxsləri dövlətin rəsmi qurumlarının qərarını gözləməyə və alınan qərar nə olacaqsa, ona əməl etməyə çağırıb.

*   *   *16:21

Beynəlxalq Təhsil Mərkəzi bu gün keçirilən iclasında təsisçisi olduğu Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi barədə qərar qəbul edib.

Mərkəzdən virtualaz.org-a verilən məlumata görə, qəbul edilən qərar universitetinin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır.

Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı, müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.

“Ali təhsil müəssisəsinin pedaqoji heyəti fəaliyyətini, tələbələr isə təhsillərini davam etdirəcəklər”, – mərkəzdən bildiriblər.

*   *   *14:01

Qafqaz Universitetinin təsisçisi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edərək, bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Təhsil Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq İşçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

BIR CAVAB BURAXIN