Qafqaz Universiteti ləğv olundu

0
569

 

Qafqaz Universiteti ləğv olunduğunu elan edib.

Bu barədə «Vergilər» qəzetinin xüsusi buraxılışında xəbər verilib.
Xəbərdə qeyd edilir ki, ali məktəb təsisçinin qərarı ilə könüllü şəkildə ləğv olunub.

Kreditorlara iki ay ərzində tələblərini Xırdalan şəhəri, akademik Həsən Əliyev 120 ünvanına bildirmələri tövsiyə edilir.

Bu günlərdə bildirildi ki, 2016-cı ilədək Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyədə tanınmayacaq.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yaymışdı.

Hələ ötən il iyulun 20-də təsisçilərinin qərarı ilə Qafqaz Universitetinin Bakı Ali Neft Məktəbinin nəzarətinə verildiyi açıqlanmışdı. Az sonra isə universitetin rektoru dəyişdirilmişdi.

Avqustun 31-də Türkiyədə səfərdə olan daxili işlər naziri Ramil Usubov keçirdiyi mətbuat konfransında Fethullah Gülen hərəkatı ilə mübarizə tədbirləri çərçivəsində Qafqaz Universitetinin qapadıldığını xüsusi qeyd etmişdi. Ancaq bu sonradan təsdiqlənməmişdi.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-i Türkiyə hökuməti iyulun 15-də bu ölkədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır. İlahiyyatçının özü isə bu iddiaları yalanlayıb.

Qafqaz Universiteti 1993-cü ildə fəaliyyətə başlayıb.

BIR CAVAB BURAXIN