Qadınlar da 65 yaşında pensiyaya çıxacaq

0
550

emekPensiya islahatları ilə bağlı yeni qanun layihəsinin hazırlanmasının və parlamentin qarşıdan gələn yaz sessiyasının müzakirələrinə çıxarılaraq qəbulunun nəzərdə tutulmasının əsl mahiyyəti bəlli olub.Gununsesi.info-nun məlumatına görə, bu, 2008-cu ildən dünyada başlanan, başladılan və son illər daha kəskin xarakter alan maliyyə-iqtisadi böhranın Azərbaycana da təsir etməsi, daha doğrusu, maliyyə çatışmazlığının yaranması ilə bağlıdır.

Bu haqda saytımızı bilgiləndirən və israrla adının çəkilməsini istəməyən hökumətdəki yüksək çinli bir məmurun bildirdiyinə görə, qanun layihəsinin təşəbbüskarı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Prezident Administrasiyasının (PA) müvafiq şöbəsidir.
milli-meclis
Qanun layihəsində 3 radikal müddəanın nəzərdə tutulduğunu deyən mənbə bildirib ki, əsas məsələ ölkədə pensiya yaş həddinin artırılmasıdır.

“Bildiyiniz kimi, axırıncı, yəni, bir neçə il öncəki dəyişiklikdən sonra ölkədə qadınların pensiya yaşərlə bərabər 65 yaşa qaldırılması təklif olunur. Ancaq bu proses birdən-birə baş verməyəcək, yəni, y həddi 60 yaşa qaldırıldı. İndisə qadınların pensiya yaş həddinin daha 5 il artırılması, yəni, kişilarım illə, mərhələlərlə həyata keçiriləcək və nəhayət də qadınların pensiya yaş həddi 65 yaş olacaq. Qadınlar da artıq kişilər kimi, 65 yaşında pensiyaya çıxacaqlar. Digər iki mühüm müddəa da var ki, onlar barədə hələlik heç nə demək istəmirəm. Fevralın 3-də parlamentin müvafiq komitəsində keçiriləcək müzakirələrə nazir Səlim Müslümovun da qatılması elə bununla bağlıdır. Nazirin orada geniş çıxış edəcəyi və təfərrüatlı məlumat verəcəyi gözlənilir… “-deyə, mənbə sonda sözlərinə əlavə edib.

BIR CAVAB BURAXIN