Qəzaya uğrayan təyyarədə partlayış baş verib

0
555

Bir neçə gün əvvəl qəzaya uğrayan “EgyptAir” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsində aparılan araşdırmalar zamanı təyyarənin göyərtəsində partlayıcı qurğunun işə salındığı məlum olub. “Zaman.az”ın “Miliyyet” qəzetinə istinadən verdiyi xəbərə görə, Aralıq dənizində təyyarənin qara qutusunu axtaran ekspertlər sümüklər və cəsəd qalıqları tapıblar. Kimə aid olduğu bilinməyən 80 hissə sümük Misirin paytaxtı Qahirədəki morqa aparılıb. Aparılan araşdırmalar zamanı heç bir üzvün bütöv halda olmadığı məlum olub. Sümükləri də bir-bir analiz edən mütəxəssislər təyyardə partlayışın baş verdiyinin qərarına gəliblər.

BIR CAVAB BURAXIN