Qətər neft hasil edən ölkələrin birgə təşkilatı olan OPEK-i tərk edir.

0
141

Qətər neft hasil edən ölkələrin birgə təşkilatı olan OPEK-i tərk edir.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə AFR agentliyi məlumat yayıb. AFR-ın bildirdiyinə görə, OPEK-dən çıxma barədə qərar Qətər rəhbərliyi tərəfindən qəbul edilib. Öz növbəsində Qətər energetika naziri Məhəmməd ben Saleh əs-Sad bununla bağlı yayılan məlumatları təsdiq edib. Xatırladaq ki, 15 dövlətin üzv olduğu OPEK dünya bazarında neft satışını və hasilatını tənzimləməklə məşğul olur.