“Qəbələ” məğlub oldu, “Qarabağ” liderliyə yüksəldi

0
265

 Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun gününün ilk qarşılaşmasında sonuncu çempion meydana çıxıb.

 

“Qarabağ” çempionatın autsayderi AZAL-ı məğlub edib. Qurban Qurbanovun yetirmələri gərgin keçən oyunda tək qola seviniblər. Dino Ndlovu ağdamlıları sevindirən topu rəqib qapısından keçirib. Bu qələbə ilə xalını 48-ə yüksəldən “Qarabağ” liderliyə yüksəlib.

 

“Qəbələ” isə əldən verdiyi mövqeyini geri qaytara bilməyib. Belə ki, Bakıda “Neftçi” ilə qarşılaşan “qırmızı-qaralar” minimalhesablı məğlubiyyətə üzülüblər. Namiq Ələsgərovun qolu həlledici olub. Qonaqları sonrakı dəqiqələrdəki bütün cəhdləri fayda verməyincə görüş bu nəticə ilə yekunlaşıb.

 

Azərbaycan Premyer Liqası

XXII tur

14 mart (çərşənbə axşamı)

 

“Neftçi” – “Qəbələ” – 1:0

Qol: Namiq Ələsgərov, 39

Hakimlər: Elvin Əsgərov, Vaqif Musayev, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şaiq Həmidov
8-ci km qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 0:8, 1:4, 0:1

 

“Neftçi”: 33. Boban Baykoviç, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera Fernandes, 12. Daniel Seqovia, 15. Ruslan Abışov (k), 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev, 29. Georgi Navalovski
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 8. Zdenek Folprext, 9. Uqo Barqas, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 95. Elvin Bədəlov
Baş məşqçi: Elxan Abdullayev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 7. Nika Kvekveskiri, 11. Asif Məmmədov, 14.Cavid Hüseynov (k), 17. Məhəmməd Mirzəbəyov, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 4. Rafael Santos, 77. Araz Abdullayev, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 9. Sergey Zenyov, 13. Murad Musayev, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk

 
“Qarabağ” – AZAL – 1:0 

Qol: Dino Ndlovu, 68

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rahil Ramazanov, Ramil Diniyev

AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Xaqani Məmmədov
Suraxanı qəsəbə stadionu

İlk 3 dövrədəki oyunlar: 6:0, 1:0, 2:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 6. Dino Ndlovu, 8. Migel Madera, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov

 

AZAL: 23. Aqil Məmmədov, 18. Ruslan Əmircanov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 91. Mehdi Taouil, 77. Arkadi Qalperin, 7. Kamal Mirzəyev, 27. Rəşad Abdullayev, 8. Sadio Tounkara, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 21. Samir Məsimov, 10. Nuqzar Kvirtiya, 70. Vaqif Cavadov, 11. Frank Madu, 6. Bəxtiyar Soltanov, 37. Fərid Abbaslı
Baş məşqçi: Tərlan Əhmədov

 

Turnir cədvəli

 

1

Qarabağ

22

15

3

4

37-11

48

2

Qəbələ

22

13

7

2

41-12

46

3

İnter

22

10

9

3

32-21

39

4

Zirə

22

8

5

9

20-23

29

5

Sumqayıt

22

6

7

9

20-29

25

6

Neftçi

22

7

2

13

17-35

23

7

Kəpəz

22

4

9

9

15-24

21

8

AZAL

22

1

6

15

9-36

9

 

Bombardir: Filip Ozobiç (Qəbələ) – 11.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve + eight =