Putinlə Paşinyan arasında görüşün vaxtı məlum olub

0
237

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Vladimir Putin arasında görüş dekabr ayının 27-də Moskvada baş tutacaq.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan hökuməti mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Məlumatda iki ölkə rəhbərləri arasında keçiriləcək danışıqlarda önəmli məsələlərin, iqtisadi, siyasi, hərbi  əməkdaşlığın daha da inkişaf etdirilməsi,  o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi vurğulanır: “Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan dekabr ayının 27-də Moskvaya səfər edəcək. Səfər çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılıb. Görüşdə hər iki ölkə üçün  vacib olan məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi ediləcək”.