Putinin namizədinə alternativ – Özbəkistan prezidenti kim olacaq?

0
502

Özbəkistanda dekabrın 4-də keçiriləcək seçkilərdə iştirak edəcək daha bir namizədin adı məlum olub.
“Milli Dirçəliş” Demokrat Partiyası Özbəkistan parlamentinin vitse-spikeri Sərvər Otamuradovun namizədliyini irəli sürüb.
Özbəkistan Liberal-Demokrat Partiyası (UzLiDeP) hazırda prezidentlin səlahiyyətlərini icra edən Şövkət Mirziyoyevin namizədliyini irəli sürüb.
Özbəkistan qanunvericliyinə uyğun olaraq, prezidentliyə namizədləri yalnız siyasi partiyalar irəli sürə bilər. Hazırda Özbəkistanda 4 siyasi partiya var. UzLiDeP, “Milli Dirçəliş”, “Ədalət” və Xalq Demokratiyası.
Qeyd edək ki, İslam Kərimovun ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Şövkət Mirziyoyev icra edir. Ekspertlər onun Rusiyayay yaxın olduğunu deyirlər. Səmərqəndə səfər edərək İ. Kərimovun məzarını ziyarət edən Rusiya prezidenti Vladimir Putinlə səmimi münasibətləri də Mirziyoyevin yeni prezident olacağı ehtimallarını artırır. Digər namizədlərin isə sadəcə görüntü yaradılmasına xidmət etdiyi deyilir.

Publika.az

BIR CAVAB BURAXIN