Putinin Fransa səfəri təxirə salındı -Səbəbləri açıqlandI

0
516

Rusiya prezidenti Vladimir Putinin Fransaya oktyabrın 19-na planlaşdırılan səfəri baş tutmayacaq.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə TASS Kremldəki mənbəyə istinadən məlumat yayıb.
“Prezidentin oktyabrın 19-da Parisə səfəri baş tutmayacaq”, – deyə mənbə bildirib.

Qeyd edək ki, bu gün “Reuters” agentliyi Rusiya liderinin Fransaya səfərinin ləğvi haqqında məlumat yayıb. “Beləliklə, Moskva Fransa prezidenti Fransua Ollandın ancaq Suriyadakı vəziyyətlə bağlı vəziyyətin müzakirəsini təklif etməsini qəbul etməyib“, – deyə agentliyin məlumatında bildirilir.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, buna səbəb səfər proqramından çıxarılan tədbirlərdir. Onun sözlərinə görə, Rusiya mədəniyyət mərkəzinin açılışı, sərginin keçirilməsi kimi tədbirlər səfər proqramından çıxarıldığı üçün Putin səfəri təxirə salmaq haqqında qərar verib. Eyni zamanda Peskov qeyd edib ki, Rusiya prezidenti fransalı həmkarı üçün uyğun olan vaxtda Parisə səfər etmək imkanlarını nəzərdən keçirməyə hazırdır. Fransua Olland isə oktyabrın 9-da yerli telekanala müsahibəsində Putinlə görüşünün nə qədər faydalı olacağına şübhə ilə yanaşdığını söyləyib.

BIR CAVAB BURAXIN