Putindən Sarkisyana gizli ƏMR

0
258

Ermənistanda hökumət dəyişikliyi dalğası Xarici İşlər  və Müdafiə Nazirliklərinə də çatıb.
Publika.az xəbər verir ki, Ermənistanda hər iki nazirliyin rəhbərliyi “Rusiya agenti” hesab olunur.
Xarici işlər naziri Eduard Nalbandyanın vəzifəsindən azad olunacağı və Fransa səfir göndəriləcəyi haqda məlumatlar yayılmışdı. Onun yerinə isə prezident aparatının rəhbəri Viqen Sarkisyan gələcəkdi.
Lakin “Aykakan Jamanak” qəzeti yazır ki, E. Nalbandyan Rusiyanın gizli şəkildə etdiyi köməklə öz postunu saxlamağı bacardı.
“Viqen Sarkisyan isə Müdafiə Nazirliyində Seyran Ohanyanı əvəz edəcək. Əgər Seyran Ohanyan Rusiyanın təsiri ilə öz postunu qoruyacaqsa, o zaman XİN-də olduğu kimi Müdafiə Nazirliyində də dəyişiklik baş tutmaya bilər”, – deyə qəzet bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

1 × four =