Putin türk dövlətinə təzyiqə başladı

0
505


 

Tatar dili əvvəlki kimi Tatarıstandakı bütün məktəblərdə məcburi xarakter daşıyacaq.

Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tatarıstan Prezidenti Rüstəm Minnixanov söyləyib. Onun sözlərinə görə, əvvəlki dövrdən fərqli olaraq tatar dili indi məktəblərdə həftədə 5-6 saat əvəzinə 2 saat tədris ediləcək:

“Hökumət təhsillə bağlı yeni standartlar hazırlayıb. Artıq bunu federal nazirliklə razılaşdırmışıq. Tatar dilinin məcburi tədrisi rusdillilərlə tatardilli valideynlər arasında ciddi fikir ayrılığı yaradıb”.

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğa regionlarda dövlət dilinin tədrisi məsələlərinin araşdırılması haqqında əmr verib. Məhz bu əmrdən sonra Tatarıstanda genişmiqyaslı yoxlamalar başlayıb. Moskva ilə Kazan arasında uzunmüddətli müzakirələrdən sonra tərəflər kompromisə getməyə razılıq veriblər. Nəticədə tatar dilinin məktəblərdə tədrisi ilə bağlı saatların azaldılması istiqamətində razılıq əldə olunub, amma bununla bərabər, tatar dili əvvəlki kimi icbari xarakter daşıyır. Tatarıstan bu razılığa rəğmən yenə də rəsmi Moskvanın addımını sərt tənqid edib.

 

BIR CAVAB BURAXIN