Putin Trampa təcili zəng vurub! – Mühüm xəbər verib

0
228

Putin-Tramp2

Rusdilli KİV-də olduqca maraqlı bir materiala rast gəldim. Oxucularımız üçün də maraqlı olacağı ümidilə, mətni dilimizə çevrib, dərc edirik.

Yazı aşağıdakı girişlə başlayır: «Amerika KİV-i öz oxucularına dəhşətli bir sirr «açıblar» – ehtimal olunur ki, Kreml prezident seçkilərində Donald Trampın qələbəsinə dəstək verib. Qərb jurnalistlərinin idiotcasına uydurduğu bu fantaziyaya gülməyə tələsməyin – gerçəkdə, həqiqət daha qorxuncdur…».

– Hə, daha nəyiniz var? – Putin oxuyub qurtardığı operativ «svodka»nı kənara itələyib, nəzərini Bortnikova tuşladı.

– «The Washington Post»un bugünkü buraxılışı – FTX-nin direktoru lazımi səhifəyə çevrilmiş qəzeti və məqalənin tərcüməsi çap olunmuş vərəqi Prezidentin qarşısına qoyur.

Məqalə belə adlanır: «Amerika, ayıl!»

Qəzet yazır: «Bizim ölkəmiz yenə də uçurumun kənarındadır – sonuna qədər müəyyən olunub ki, Donald Tramp Moskvanın agentidir. Xüsusi xidmətlər Trampdan çoxdan şübhələnirdi. Budur, axır ki, təkzibolunmaz dəlillər tapıldı: sosial şəbəkə istifadəçilərindən biri, Rusiya əsilli amerikalı Trampın soyadını tərsinə oxuyub – bu zaman P.Mart alınıb! Donald Trampın P.Martov və heç şübhəiz ki, rus kəşfiyyatçısı olduğu ortaya çıxıb!

Anonimliyini saxlamaq şərtilə, Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşlarından biri bizə məlumat verib ki, noyabrın 8-də Trampa səs vermiş seçicilərin hamısı hazırda yoxlanır. Şübhə yoxdur ki, onların hamısı Federal Təhlükəsizlik Xidmətinin (FSB) ştatlı və ya ələ alınmış əməkdaşlarıdır. Böyük Britaniyada olduğu kimi – bu ölkənin Avropa İttifaqından çıxmasına səs verənlərin suriyalı və ukraynalı olduğu kimi. Suriyalılar öz ölkələrində müharibənin dayandırılmasını arzulayırlar, ukraynalılar isə kommunal xidmət tariflərinin qaldırılmasına qarşı çıxış edirlər.

Amerika artıq neçənci dəfədir ki, dünyanı fəlakətdən xilas edir: qlobal soyuqlaşma, Yerə nəhəng asteroidin düşməsi, başqa planetdən gələnlərin yürüşü – hər dəfə belə fəlakətlərin qarşısına amerikalı oğlanlar çıxıblar. Budur, bu gün bütün dünya yenidən Amerikaya baxır və xilas üçün ona dua edir: «Amerika, ayıl! Yatma, donarsan!». Biz, kömək istəkli bu çağırışları eşidəcəyikmi?»

Putin qəzeti kənara qoyub, telefonun dəstəyini qadırır və nömrə yığır:

– Mister Tramp? Bu mənəm.

– Özünü təqdim etməsən də olardı – tanıdım.

– Bugünkü «Vaşinqton post»u oxumusan? Nə deyə bilərsən?

– Hansı köpəkoğlu məni satıb?

– Paşa, qızışma. Xidməti yoxlama aparılır, sızmanın mənbəyi müəyyənləşdirilir. Satqını tapıb, meşə qırmaq üçün Sibirə göndərəcəyik.

– Dəstəkdə xışıltı eşidilir…

– Paşa, sənə nə oldu?

– Mən də… Sibirə getmək isitəyirəm. Vətənə – Tobolska. Diri qarğa görmək istəyirəm! Burada lənətə gəlmiş «kakadu»dan başqa heç nə yoxdur. Pelmen, araq istəyirəm! Qamburger yeməkdən, artıq mədəmdə qıcqırma başlayıb… Rusca danışmaq üçün də heç kim yoxdur…

– Polkovnik, isterikanı dayandırın! Siz ki, zabitsiniz! Vətənə sədaqət andı içmisiniz! Uzun müddət hazırlanmış əməliyyatı pozmaq ixtiyarınız yoxdur! Paşa, bir qədər də döz – cəmisi 4 il qalıb. Söz verirəm, ikinci müddətə seçilmək üçün sənin namizədliyini irəli sürməyəcəyik – 2021-ci ildə evə qayıdarsan. Bəlkə də bundan da tez. Möhkəm ol, vətən sənə ümid bəsləyir!

– Rusiya Federasiyasına xidmət edirəm! – trubkadan səslənir və qısa pauzadan sonra əlavə edir: Sovet İttifaqına xidmət edirəm!

– Sağ ol, Paşa! – Putin titrək səslə cavab verir və dəstəyi asır.

– Paşa «bərk» adamdır – deyə, Bortnikov hörmətlə qeyd edir.

– Sovet «zakalka»sı var – Putin təsdiqləyir – bununla belə, orada onun üçün ağırdır. Belə elə: biz, yanvarda onu Rusiyaya rəsmi səfərə dəvət edərik, 5-6 günlüyə. Ona qısa məzuniyyət təşkil edərik: onunla araq içərik, qartopu oynayarıq. Məsələni Lavrovla razılaşdırın.

– Oldu.

– Hə, bir də bunlar: Parisə – Marina Lepnevoya «şifrovka» göndərin, ona podpolkovnik rütbəsi verildiyini çatdırın, təbrik edin. Rodion Dutertova əmr edin ki, «qazından bir qədər alsın», Filippinin prezidenti olandan sonra əyləci tamam itirib, vaxtından əvvəl qızışır. Qoy, bizim «firma»nın Moldova bölməsinin rəhbəri İqor Dodondan nümunə götürsün və onun kimi metodik işləsin. Sara Vagenknextə xəbər verin ki, «kansler» əməliyyatı təsdiqlənib, qoy, hazırlaşsın. «Brexit» üçün Davıd Kameronova təşəkkür edin – qoy, öz vətəni Smolenskə qayıtsın. Yerinə yetirin.

– Baş üstə.

Botnikov dönür və kabinetdən çıxır. Putin qarşısındakı «korobka»nı açıb, içindən yoğun bir Havana siqarı çıxarır. Siqarı dodaqlarına yaxınlaşdırır və havanı ləzzətlə içəri çəkir. O, çəkmir, ancaq bu ətiri çox sevir – Azadlıq Adasının ətrini. Ona görə də həmişə öz stolunda bu siqarları saxlayır – psixoloji «boşalma» vasitəsi kimi…

Ancaq onu hələ uzun bir iş günü gözləyirdi. Təəssüf hissi ilə siqarı korobkasına qoyur və qapağını endirir. Metal polastinka bərq vurur və üzərindəki qravürovka oxunur: «Vladimir Putinə Fyodor Kostrovdan. Havana. Patria o muerte! Venceremos!»»

Çevirdi: Mirzə AĞ
rusvesna.su

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

six − 1 =