Putin Lavrov, Raqozin və Şuvalovu istefaya göndərir

0
592

Rusiya hökumətində birmənalı dəyişikliklər olacaq. Ən azı hakimiyyətdən gözləntilərin özünü doğrultması üçün hansısa addımların atılması zəruridir.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu sözləri axar.az-a verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinin yeni prezidentlik dönəmi haqda danışan politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, Rusiyanın yeni hökumətində yer alacaq simalar gənc nəslin nümayəndələri olacaq:

“Rusiyada hökumət dəyişikliyi istiqamətində əsas gözləntilər nazirliklərlə bağlıdır. Rusiya ictimai fikrinə əsaslansaq, xüsusilə də xarici işlər və idman nazirinin gedəcəyi gözlənilir. Ancaq belə bir vəziyyətdə Rusiya müdafiə nazirinin dəyişəcəyini düşünmürəm. Bütün hallarda hakimiyyət komandasında müəyyən dinamika qaçılmazdır. Çox güman ki, Rusiyada baş nazir postuna yeni sima gələcək. Eyni zamanda, baş nazirin müavinləri – Dmitri Roqozin və İqor Şuvalovun gedəcəyi gözlənilir. Bundan başqa, Rusiyada ötən ildən başlayan qubernator dəyişikliyi bu il də davam edəcək. Yaxın aylarda bir çox qubernator yeniləri ilə əvəz olunacaq”.

Politoloq bildirib ki, indiki şəraitdə Rusiya hökumətində heç nəyi istisna etmək olmaz:

“Yəni keyfiyyətcə yeni hakimiyyətə gələnlərin liberal istiqaməti təmsil edəcəkləri, yaxud daha konservativ, mühafizəkar düşüncənin nümayəndələri olacağı gündəmdə olan bir nömrəli məsələdir. Məsələn, keçmiş maliyyə naziri Aleksey Kudrinin yeni hakimiyyət komandasında yer alması ilə bağlı informasiyalar dolaşır. Kifayət qədər liberal və Qərblə dialoq tərəfdarı olan Kudrinin Rusiyada vəzifəyə gətirilməsi çox şeydən xəbər verəcək. Bax, o zaman Rusiyada bu siyasi xəttin təmsilçilərinin qalib gəlməsindən danışmaq olar. Çünki Putinin iqtidar komandasında mühafizəkarlarla yanaşı, Qərblə dialoqun bərpasını istəyənlər də var. Hakimiyyət komandasında liberal kursun təmsilçiləri daha çox yer alarsa, Rusiya ilə bağlı sensasion dəyişikliklər qaçılmaz olacaq”.

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi baş tutub. Qanunvericiliyə əsasən, artıq hökumət istefada sayılır və bütün hökumət üzvləri vəzifələrini “əvəzedici” olaraq icra edirlər

BIR CAVAB BURAXIN