Putin İstanbul sammitində iştirak edəcək

0
507

Rusiya prezidenti Vladimir Putin Suriyadaki vəziyyətlə bağlı oktybar ayının 27-də İstanbulda keçirilməsi nəzərdə tutulan sammitdə iştirak edəcək.

Mediainfo.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib: “Sammitdə bir-sıra beynəlxalq məsələlər müzakirə ediləcək. Bundan əlavə Putinlə sammitdə iştirak edən dövlət başçıları arasında ikitərəfli görüşlərin də keçirilməsi nəzərdə tutulub”.

Xatırladaq ki, əsasən Suriyanın İdlib bölgəsindəki vəziyyətin müzakirə ediləcəyi sammitdə Rusiyadan əlavə  Almaniya, Türkiyə və Fransa dövlət başçıları da iştirak edəcək.

 

 

BIR CAVAB BURAXIN