Putin Ermənistana Koçaryan və Sarkisyanla Paşinyanı barışdırmaq üçün gedəcək

0
438

Rusiya prezidenti Vladimir Putin Ermənistana gözlənilən səfəri çərçivəsində eks prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla da görüşməyi planlaşdırıb.

Arazinfo.com-un Mediainfo.az-a  istinadən verdiyi xəbərə görə, Putinin məqsədi Koçaryan və Sarkisyanla Paşinyanı barışdırmaq və ya eks-prezidentlərin həbs edilməsinə hər vasitə ilə mane olmaqdır.  Öz növbəsində yerli “Jamanak” qəzeti yazır ki, Putin buna görə Ermənistana səfər edəcəksə, onda onun ölkəmizə gəlməməsi daha məqsədəuyğundur: “Putin əgər eks prezidentlərə görə ölkəmizə səfər edəcəksə, onda bu arzu edilən deyil. Çünki Putinin səfərindən sonra eks prezidentlərin həbs edilməsi daha çətin olacaq və bununla bağlı atılacaq hər hansı addım iki ölkə münasibətlərində gərginliyin artmasına gətirib çıxaracaq”.

BIR CAVAB BURAXIN