Putin: “Bu, Rusiya-Türkiyə münasibətlərinə qarşı təxribatdır”

0
200
 

Xüsusi xidmət orqanları ilə təcili müşavirədə çıxış edən Rusiya prezidenti Vladimir Putin Ankarada səfir Andrey Karlovun qətlini Rusiya-Türkiyə münasibətlərinin normallaşdırılmasına və Suriyada baş verənlərə qarşı təxribat olduğunu bildirib.

 Bu arada isə Türkiyə polisi Rusiya səfiri Andrey Karlovu qətlə yetirmiş Mövlüt Mert Altıntaşın qatilinin anası ilə bacısını həbs edib.

 Münasibətlərin gərgin olduğu bir vaxtda Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Moskvaya gəlib.

Bunu Türkiyənin Moskvadakı səfirliyindən bildiriblər.

Çavuşoğlunun Moskva səfərində məqsəd sabah Rusiya paytaxtında Sergey Lavrovun və Məhəmməd Zərifin iştirakı ilə Suriya üzrə Rusiya-Türkiyə-İran danışıqlarında iştirak etməkdir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three × 4 =