Putin əvvəlcə Bakıya, sonra İrəvana gedəcək

0
513

Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərinin vaxtı müəyyənləşib.
AzNews.az xəbər verir ki, “İnterfaks-Azərbaycan”ın məlumatına görə, səfər may ayının sonlarına qədər baş tutacaq.“Böyük ehtimalla, səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını, həmçinin son zamanlar Azərbaycan- Ermənistan qoşunlarının təmas xəttində yaranmış vəziyyəti müzakirə etməkdir”, -deyə mənbə bildirib.

Onun sözlərinə görə, Putinin İrəvana səfər edəcəyi də istisna edilmir.

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin Bakıya təcili səfər edəcəyi barədə məlumat yayılmışdı.

BIR CAVAB BURAXIN