“Putin Əliyevin çay süfrəsinə gedir, Sarkisyanı isə haqq-hesab çəkməyə çağırırlar”

0
286

Erməni ekspertlər və politoloqlar Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə Bakıdakı danışıqlarını və Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfərini fəal şəkildə şərh edirlər.

Virtualaz.org-un xüsusi müxbiri yazır ki, özünün “Feysbuk” səhifəsində Ermənistanın Kanadadakı keçmiş səfiri, “Modus Vivendi” mərkəzinin direktoru, politoloq Ara Papyan bildirir: “Putinlə Əliyevin Bakı görüşündəki səmimilik düşünməyə vadar edir. Oradakı iqtsadi layihələrin siyasi nəticələri də olacaq. Bura Ərdoğanın Peterburqa səfərini və orada son altı ayda mövcud olmuş gərginliklə bağlı bütün məsələlərin nizamlanmasını da əlavə etsək, Ermənistan əslində çox çətin vəziyyətə düşüb. Azərbaycanın mövqeləri bizimkindən güclüdür və bu, etiketin bəzi incəliklərindən də sezilir: Putin Bakıya gedir, onu baş nazirin müavini qarşılayır, sonra Putin Əliyevin iqamətgahına çay süfrəsinə yollanır, bizim prezidenti isə Moskvaya çağırırlar ki, ona nəsə bildirsinlər”.

Eyni zamanda, Rusiyanın Strateji inkişafı üzrə institutun baş direktoru Andranik Nokoqosyan hesab edir ki, Ermənistan Rusiyanın tərkibinə daxil olmalıdır.

“Rusiya imperiya formalaşdırmalıdır, belə ki, federasiya onun üçün kiçikdir. Bütün keçmiş SSRİ ölkələri Rusiyaya birləşməlidir. Ermənistan belə təhlükəli inkişaf dövründə kənarda qala bilməz, ayrı-ayrı şəxslər deyil, xalq referendum yolu ilə Ermənistanın hansı federasiyanın tərkibində olacağını həll etməlidir. Əminəm ki, yaxın zamanlarda Ermənistan Rusiya Federasiyasının tərkibinə daxil olmağa səs verəcək, əlbəttə ki, Rusiya buna etiraz etməsə. Bu halda Ermənistanın sərhədləri atom superdövlətinin sərhədlərinə çevriləcək”, – Ermənistan və Rusiya prezidentlərinin görüşündən sonra Nikoqosyan belə deyib.

Bu gün isə bu, yumşaq desək, cürətli bəyanatlardan sonra sosial şəbəkə istifadəçiləri ehtimal ediblər ki, Moskva Nikoqosyanı Sarkisyanın yerinə “hazırlayır”.

Vahan Martirosyan

virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

18 + thirteen =