“Putinə Qarabağdan cəmi bir neçə kəlmə danışdım…”

0
572
 

Ermənistan prezidenti Serj Sərkisyanın ümumerməni gənclər düşərgəsinin iştirakçıları ilə görüşü zamanı ona Rusiya prezidenti Vladimir Putinlə bu günlərdə Soçidə keçirilmiş görüşündən də sual verilib. Virtualaz.org xəbər verir ki, iştirakçılardan biri Sərkisyandan soruşub: “O doğrudurmu ki, sizin Soçidə Putinlə görüşünüzdə Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi də müzakirə olunub?”

Sərkisyan isə cavab verib ki, Putinlə nəinki Qarabağda sülhməramlıların yerləşdirilməsini müzakirə etməyib, eləcə də ümumiyyətlə Qarabağ problemi barədə müzakirə aparmayıb. “Biz ümumiyyətlə bu barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq bir neçə kəlmə ilə hazırda təmas xəttində hökm sürən vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Vəssalam. Biz bu cür məsələ müzakirə etmədik”-Sərkisyan bildirib.

Ermənistan prezidenti deyib ki, onun Putinlə görüşü ilə Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağda sülhə dair əsas prinsipləri açıqlaması arasında bağlılığın olmasına az ehtimal verir. “Hoqland postunu tərk edir və görünür öz mövqeyini daha sərbəst statusda ifadə etmək istəyib. Əvvəllər də belə olmuşdu. Hoqlandın sözlərinə gəldikdə isə bunlar mənim üçün yenilik deyil. Bunlar ümumi yanaşmadır. Həmin bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən sözün, vergülün də mühüm əhəmiyyəti var”, – Ermənistan rəhbəri əlavə edib.

BIR CAVAB BURAXIN