Pusiyanın “dəlisov” silahını Tramp “ağıllı” raketiylə vurdu…

0
516
Fransa prezidenti Suriyaya atılan raketlərdən sonra Fransa KİV-nə müsahibə verərkən bildirib ki, Suriyanın bombalanması dünya ictimaiyyətinin  etibarını bərpa etmək məqsədilə lazım idi. Onun sözlərinə görə, qırmızı xəttə hörmətlə yanaşmağı məcbur etməyə yönəlmiş uğursuz cəhdlər ona gətirib çıxardı ki, Rusiya hakimiyyəti Qərb siyasətçilərini “mehriban və zəif” hesab etməyə başladılar. “İndi Putin başa düşdü ki, bu, belə deyil”, – Makron belə deyib.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ağ evin rəhbəri Donald Trampı Amerika qoşunlarını Suriyadan çıxarmamağa inandırıb. “Biz onu inandırdıq ki, qoşunları uzun müddətə saxlamaq lazımdır” – Makron əlavə edib.
“Biz həm də onu inandırdıq ki, yalnız kimyəvi silahların olduğu obyektlərə zərbələr endirməklə  kifayətlənmək lazımdır. Biz ona nail olduq ki, bu zərbələr beynəlxalq ictimaiyyətin etibarını bərpa etmək üçün zəruri idi” – Makron jurnalistlərə bildirib.
Makron onu da qeyd edib ki, Rusiya Suriya lideri Bəşər Əsədə hərbi və siyasi dəstək verməklə, Dəməşqin hərəkətlərinə məsuliyyət daşıyır. “Əlbəttə, ruslar onlarla əlbirdir. Onlar özləri xlorindən istifadə etməyiblər, amma sistematik olaraq diplomatik kanallar vasitəsilə kimyəvi silahdan istifadəyə imkan verməməklə dünya ictimaiyyətinə mane olublar”.
Bununla belə Makron qeyd edib ki, siyasi qərar qəbul etmək üçün Suriya konfliktinə cəlb olunmuş bütün tərəflərlə, o cümlədən Moskva ilə dialoq aparmağa hazırdır. O, gələn ay Rusiyaya səfərini təxirə salmadığını da vurğulayıb.
Fransa prezidenti Türkiyənin də ünvanına bir neçə kəlmə xoş sözlər söyləyib: ”Bu zərbələrlə biz ruslarla türkləri araladıq. Türklər kimyəvi silahdan istifadəni mühakimə ediblər”.
P.S. Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında Makronun dediklərinə etiraz edərək Türkiyə ilə Rusiyanın yaxın münasibətlərdə olduğunu söyləyib.
Xatırladaq ki, bir müddət öncə Putin Rusiyanın əlində dünyanı şoka salacaq möhtəşəm silah olduğundan və dünyada bu “dəlisov”un analoqonun olmadığından dəm vurmuşdu. Ardından Tramp Putinə atmaca ataraq “ağıllı raket”lərlə ona cavab verəcəyini bildirmişdi. İndi bəlli oldu ki, bu çəkişmədə Tramp Putinə qalib gəldi. Çünki Rusiyanın Suriyadakı raketdən müdafiə sistemi Trampın 105 ağıllı raketinin kor toyuq kimi heç birini “görə bilmədi”. Əslində Suriya savaşan güclərin sınaq poliqonudur və onlar yeni silahlarını Suriya xalqının üzərində yoxlayırlar. Kimyəvi silah bəhanəsi isə vaxtilə İraqda olduğu kimi bir müddət sonra yaddan çıxacaq, uzağı Tramp bu dəfə də ona yanlış məlumat verildiyini əsas gətirərək bir üzr istəyəcək, vəssalam…

BIR CAVAB BURAXIN