PSJ, “Bavariya” və “Barselona” 1/8 finalda

0
616

Çempionlar Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında növbəti mərhələyə vəsiqələrin taleyi də həll olunub.

 

İkinci oyun günündə bütün Azərbaycanın diqqəti “Qarabağ”a yönəlib. Çempionumuz evdə “Çelsi”yə uduzub. C qrupunda baş tutan görüşdə İngiltərə təmsilçisi qalib gələrək, 1/8 finala yüksəlib. “Roma” isə “Atletiko”ya məğlub olaraq şansını son tura saxlayıb. “Qarabağ” isə Avrokuboklarla vidalaşıb.

 

Səfərdə “Bazel”ə uduzan “Mançester Yunayted” son turu gözləməli olub. İngilislər 1 xalla da qrupdan çıxmış olacaq.

 

B qrupunda PSJ və “Bavariya” qrupdan çıxmağı təmin edib. “Seltik”lə “Anderlext” Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

 

D qrupunda keçirilən “Yuventus” – “Barselona” görüşündə əldə olunan bərabərlik katalonları növbəti mərhələyə daşıyıb. Turin təmsilçisi isə son turu gözləməli olacaq.

 

Çempionlar Liqası

V tur

22 noyabr

 

A qrupu

MOİK (Rusiya) – “Benfika” (Portuqaliya) – 2:0

Qollar: Şennikov, 13, Jardel, 56 (öz qapısına)

 

“Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə) – 1:0

Qol: Lanq, 89

 

1. Mançester Yunayted 5 4 0 1 10:2 12
2. Bazel 5 3 0 2 9:5 9
3. MOİK 5 3 0 2 7:8 9
4. Benfika 5 0 0 5 1:12 0

 

B qrupu

PSJ (Fransa) – “Seltik” (Şotlandiya) – 7:1

Qollar: Neymar, 9, 22, Kavani, 28, 79, Mbappe, 35, Veratti, 75, Dani Alves, 80  – Dembele, 1

 

“Anderlext” (Belçika) – “Bavariya” (Almaniya) – 1:2

Qollar: Hanni, 63 – Levndovski, 51, Tolisso, 77

 

1. PSJ 5 5 0 0 24:1 15
2. Bavariya 5 4 0 1 10:5 12
3. Seltik 5 1 0 4 5:17 3
4. Anderlext 5 0 0 5 1:17 0

 

C qrupu

“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə) – 0:4

Qollar: Azar, 21, Villian, 36, 85, Fabreqas, 73

 

“Atletiko” (İspaniya) – “Roma” (İtaliya) – 2:0

Qollar: Qrizman, 69, Qameyro, 85

 

1. Çelsi 5 3 1 1 15:7 10
2. Roma 5 2 2 1 8:6 8
3. Atletiko 5 1 3 1 4:3 6
4. Qarabağ 5 0 2 3 2:13 2

 

D qrupu

“Sportinq” (Portuqaliya) – “Olimpiakos” (Yunanıstan) – 3:1

Qollar: Bas Dost, 40, 66, Sezar, 43 – Ocuci-Ofoe, 86

 

“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya) – 0:0

 

1. Barselona 5 3 2 0 7:1 11
2. Yuventus 5 2 2 1 5:5 8
3. Sportinq 5 2 1 2 8:7 7
4. Olimpiakos 5 0 1 4 4:11 1

BIR CAVAB BURAXIN