Prezidentliyə ikinci namizəd də korrupsiya qalmaqalında

0
581
Marine Le Pen

Marine Le Pen

Fransada qatı millətçi “Milli cəbhə” partiyasının lideri Marine Le Pen təxminən 300 min avronu Avropa Birliyinin fonduna ödəməkdən imtina edib.

Avropa Parlamentinin apardığı araşdırmalara görə, Marine Le Pen 2011-2012-ci illərdə qanunsuz olaraq Avropa Parlamentinin deputatları üçün nəzərdə tutulmuş vəsaitdən öz partiya işçilərinə maaş verib.

İctimai rəy sorğularına görə Fransada prezident seçkisinin ikinci mərhələsinə adlaya bilən Marine Le Pen fevralın 1-də bu vəsaiti yerinə qoymalıdır.

Amma o, bundan imtina etdiyindən, Avropa Parlamentinin deputatı kimi bu vəsait hər ay onun maaşından tutulacaq.

Marine Le Pen ittihamı rədd edir.​

Reutersin məlumatına görə, Marine Le Pen, bu tələbisübut və məhkəmə qərarı olmadan siyasi rəqiblərinin “birtərəfli qərarı” hesab edir.

Onun maaşından hər ay 7 min avro tutulacaq.

Marinin atası Jan Mari Le Pen də daxil olmaqla, “Milli cəbhə” partiyasının 5 digər üzvünün də maaşı bundan əvvəl eyni səbəbdən ixtisar edilib.

Qeyd edək ki, bundan əvvəl prezidentliyə digər əsas namizədlərdən hesab olunan Fransua Fiyon da korrupsiya qalmaqalı ilə üzləşib.

Francois Fillon

Francois Fillon

Yanvarın 31-də Fransa parlamentinin aşağı palatasında onun həyat yoldaşı ilə bağlı istintaq çərçivəsində axtarış aparılıb.

Məlumatlara görə, Penelopa Fiyon həyat yoldaşı Fransua Fiyonun köməkçisi kimi 1998-2002-ci illərdə maaş alıb ki, bu pullar deputatlar üçün nəzərdə tutulubmuş.

Bəzi məlumatlara görə, söhbət təxminən 500 min avrodan gedir.

Bu qalmaqaldan sonra onun reytinqi düşməyə başlayıb.

Fransada prezident seçkisi 2017-ci ilin aprel-mayında keçiriləcək.

Qeyd edək ki, hər iki namizədin rusiyapərəst olmaları barədə söhbətlər dolaşır.

İllisturasiya

BIR CAVAB BURAXIN