Prezident zirehli maşını göstərdi, Yavər Camalov isə yalnız pulemyotu gətirdi

0
649
11

Ukraynanın “Spetstexnoeksport” dövlət müəssisəsi Azərbaycanın sifarişi əsasında “Taypan” hərbi modulunu işləyib hazırlayıb.

Bu hərbi modula effektiv atəş məsafəsi 1800 metrə çatan 23 mm kalibrli qoşalüləli sürətlə atəş açmaq qabiliyyətinə malik pulemyot daxildir.

Ukrayna KİV-ə müsahibəsində “Spetstexnoeksport”un direktoru Pavel Barbul bildirmişdi ki, bu, müəssisənin ən uğurlu layihələrindən biridir. “Taypan” hərbi modulu qərb analoqlarından geri qalmır, bununla birgə, onlardan dəfələrlə ucuz başa gəlir.

Virtualaz.org-a məlumatlı məndələrdən bildirilib ki, ilk dəfə Ukraynada hazırlanmış hərbi modul sentyabrın sonlarında Bakıda keçirilmiş ADEX-2016 müdafiə sərgisində təqdim edilib.

Sərgidə “Taypan” artıq AZCAN zirehli avtomobilinə quraşdırılmış şəkildə nümayiş etdirilib. AZCAN isə, öz növbəsində, eyniadlı Azərbaycan-Kanada birgə müəssisəsində hazırlanıb. Zirehli maşın və onun üzərinə quraşdırılmış hərbi modul ADEX-2016 sərgisini ziyarət etmiş Azərbaycan prezidenti İlham Əliyevin çox xoşuna gəlib.

Lakin sonradan Müdafiə Sənayesi Nazirliyi məntiqsiz qərar qəbul edib. “Taypan” hərbi modulu birbaşa Ukraynadan sifariş olunmağa başlayır, hərbi modul quraşdırılmış AZCAN zirehli avtomobilləri isə lazım gəlməyib.

BIR CAVAB BURAXIN