Prezident İlham Əliyev: “Heç kim müstəqillik əleyhinə addım atmamalıdır”

0
630

“Azərbaycanda məscidlər tikilir, təmir edilir. Biz çox unikal bir ölkədə yaşayırıq. Azərbaycanda bütün dinlərin nümayəndələri çox rahat yaşayır və ölkəmizin inkişafına öz töhfələrini verirlər”.

 

APA-nın məlumatına görə, bu sözləri Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

 

Dövlət başçısı bildirib ki, bütün məsələlər kompleks şəkildə həllini tapır: “Azərbaycan xalqı və dövləti öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə müsəlman aləmində oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın və onun rəhbərlərinin Azərbaycanda gedən proseslərlə bağlı fikirləri mətbuatda dərc olunur. İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Azərbaycanda dini məsələlərə verilən yüksək qiymət ən böyük göstəricidir. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir. Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət nəticəsində ardıcıl öz həllini tapır. Əsas məsələ odur ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin. İnsanlar özlərini rahat hiss etsinlər və inkişaf üçün imkan olsun, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın. Beləliklə, biz gələcəyə daha inamla baxaq və öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu, bizim ən böyük sərvətimizdir. 25 ildir ki, biz müstəqil həyat yaşayırıq və ancaq müstəqillik dövründə Azərbaycan xalqı böyük nailiyyətlərə çata bilib ”.

 

Prezident İlham Əliyev əsrlər boyu Azərbaycanın başqa dövlətlərin tərkibində yaşadığını söyləyib: “Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini Azərbaycan xalqı demək olar ki, lazımi səviyyədə görməyib. Baxmayaraq ki, hələ 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi, 20-ci əsrin əvvəlində SSRİ miqyasında xüsusi yer tuturdu, ancaq hamımız yaxşı xatırlayırıq ki, SSRİ dağılanda nəyi gördük. Dağılmış sənaye, bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq… Silahlı quldur dəstələri meydan sulayırdı. Bu gün biz öz taleyimizin sahibiyik, bunu hər bir Azərbaycan vətəndaşı qiymətləndirməlidir. Hər bir Azərbaycan vətəndaşı bu müstəqilliyi daha da möhkəmləndirməyə çalışmalıdır və müstəqillik əleyhinə heç bir addım atmamalıdır. Birincisi, bu, cinayətdir, ikincisi, mənəvi nöqteyi-nəzərdən də yolverilməzdir. Bu gün bütövlükdə bu məsələlərlə bağlı fikir ayrılığı yoxdur. Hər bir vətənpərvər Azərbaycan vətəndaşı çalışır ki, öz dövlətinin gücünü artırsın”.

Sosial səhifələrdə pa

BIR CAVAB BURAXIN