Prezident İlham Əliyev Abşerona gedib

0
332

Dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevnoyabrın 16-da Abşeron rayonuna gedib.

Arazinfo.com “Report”-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli liderHeydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

ten − 8 =