Prezident ‘ASAN Kommunal’ Mərkəzinin açılışında

0
527

Dekabrın 28-i prezident İlham Əliyev Bakıda 1 saylı «ASAN Kommunal» Mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov mərkəzdə yaradılan şərait barədə ölkə başçısına məlumat verdilər.

Prezident İlham Əliyev mərasimdə çıxış edib.

Sonra o, səyyar «ASAN qatar» ilə tanış olub.

Prezidentə bildirilib ki, səyyar «ASAN qatar»ları ölkədə geniş dəmiryol şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərəcək.

Bu il mayın 4-ü prezident İlham Əliyev «ASAN Kommunal» mərkəzlərinin yaradılması haqqında fərman verib.

«ASAN Kommunal» mərkəzləri kommunal və digər müştəri xidmətlərini həyata keçirməlidir. Bu zaman müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəzərdə tutulur.

Bu fərmana görə, «Azərişıq»ın, «Azərsu»nun, «Azəriqaz»ın fiziki və hüquqi şəxslərə xidmətləri «ASAN Kommunal»ın fəaliyyət sferasına keçir.

BIR CAVAB BURAXIN