Poroşenko prezidentliyə namizədliyini irəli sürüb

0
204

Ukrayna prezidenti Pyotr Poroşenko mart ayının 31-də keçiriləcək seçkilərdə yenidən prezidentliyə namizədliyini irəli sürüb.

Mediainfo.az-ın rambler.ru-ya istinadən verdiyi xəbərə görə, Poroşenko bu barədə bu gün Beynəlxalq sərgi mərkəzində keçirilən “Krutdan Brüsselə kimi. Biz öz yolumuzla gedirik” adlı forumdakı çıxışında deyib: “Mən növbəti dəfə Ukrayna prezidentliyinə namizədliyimi irəli sürmək barədə qərar qəbul etmişəm”.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Mərkəzi Seçki Komissiyası “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenkonun prezidentliyə namizədliyini qeydə alıb.