Polşa ukrayanlı ucuz işçi qüvvələrini itirməkdən narahatdır

0
509

Polşa ölkədə işləyən ukraynalı fəhlələrin və yüksək səviyyəli texniki mütəxəssislərin Qərbi Avropaya, o cümlədən Almaniyaya üz tuta bilməsindən narahatdır.

Belə ki, Almaniya Avropa İttifaqına üzv olmayan ölkələrədən yüksək ixtisaslı mütəxəssislərə və təcrübəli fəhlə texniklərə viza verilməsini sadələşdirmək niyyətindədir. Bu baş verəcəyi təqdirdə Polşada işləyən ukraynalıların 59 faizi Almaniyaya üz tutacaq. Məsələyə münasibət bildirən Polşa Kadrlar Agentliyinin rəhbəri Kşıştof İnqlot bildirib ki, əgər Almaniya belə addım atsa, onda polyak kompaniyalarında çalışan 500 min nəfər ukraynalı adıçəkilən ölkəyə gedəcək: “Bütün bunlar isə Polşada iqtisadi artıma zərər vuraraq ona ağır şəkild ətəsir edəcək. Bu, Polşada əmək haqqlarının azalmasına, bizim kompaniyaların beynəlxalq aləmdə rəqabətə davamlılığının azalmasına gətirib çıxaracaq”.

 

BIR CAVAB BURAXIN