Polis ayaqqabısını çəkməsi cırılmış qadın zəvvara verərək özü ayaqyalın qaldı… – VİDEO

0
519
Məkkədə xidmət edən polisin nəcib hərəkəti sosial şəbəkələrdə yüksək dəyərləndirilib.
Moderator.az xarici İslam saytlarına istinadla müqəddəs məkandakı asayiş keşikçisinin nümunəvi davranışını əks etdirən video-görüntüləri təqdim edir.
Şahidlərin çəkdiyi video-yazıdan bəlli olur ki, Asiyadan olduğu qeyd edilən yaşlı qadın zəvvarın yanındakı, güman ki, həyat yoldaşı olan kişi onun cırılmış çəkməsini düzəltməyə çalışır. Bunu görən yaxınlıqdakı polis onlara yanaşaraq öz ayaqqabılarını çıxarıb qadına verir və  özü  ayaqqabısız qalmaqla zəvvar xanımı  ayaqyalın qalmaqdan xilas edir…

BIR CAVAB BURAXIN