“Pobeda” Azərbaycanı tərk edir

0
628
 

Rusiyanın hava nəqliyyatı federal agentliyi “Aeroflot”un törəmə şirkəti olan “Pobeda” loukoster şirkətinin Azərbaycana reyslər həyat keçirmək icazəsini geri çağırıb.

“Trend” bu barədə Daşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə qurumlararası komissiyasının protokoluna istinadən məlumat verir.

Qeyd edək ki, “Pobeda” aviaşirkəti ötən ilin iyulunda həftədə dörd dəfə Rostovdan Bakıya reyslər həyata keçirmək hüququ əldə etmiş və oktyabrın 31-dən uçuşları həyata keçirməyə başlamışdı. Lakin bu ilin may ayının 30-dan reyslər ləğv olunmuşdu.

Bundan başqa, “VİM Avia” şirkəti icazə aldıqdan sonrakı müddətdə uçuşlar keçirmədiyi üçün icazəsi geri çağırılıb.

Sənəddə qeyd olunur ki, “Severnıy Veter” aviaşirkəti həftədə yeddi dəfə olmaqla Rostovdan Bakıya sərnişin daşımaq hüququ əldə edib.

“Yamal” aviaşirkəti də Tümen-Bakı və Surqut-Bakı marşrutları üzrə həftədə dörd dəfə reyslər həyata keçirmək icazəsi alıb.

BIR CAVAB BURAXIN