Paşinyan Putindən Makrona şikayət edəcək

0
440

Ermənistanın Baş naziri Nikol Paşinyanın  Fransaya rəsmi səfəri başlayıb.

Mediainfo.az-ın Ermənistan mətbuatına  istinadən verdiyi xəbərə görə, Paris hava limanında Paşinyanı Fransanın Ermənistandakı səfiri Conatan Lakot və digər rəsmi şəxslər qarşılayıb.  Səfər çərçivəsində Paşinyanın Fransa prezidenti Emmanuel Makron, Paris meri Ann İdalqo, həmçinin Fransadakı erməni icmasının nümayəndələri ilə görüşləri gözlənilir. Paşinyanın Makronla görüşündə  prezident Vladimir Putindən şikayət edəcəyi və Rusiyanın  Ermənistanın daxili işinə müdaxilə etməsinə son qoyması üçün yardım istəyəcəyi vurğulanır.  Paşinyanın həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransadan dəstək istəyəcəyi və adıçəkilən ölkəni Azərbaycana təzyiq göstərməyə çağıracağı ehtimal edilir.

 

BIR CAVAB BURAXIN