Parisdə yoldan keçənlərə hücum: ölən və yaralananlar var

0
176

Parisdə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib, ölən və yaralananlar var

Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb,  4 nəfər isə  yaralanıb.

İŞİD terror qruplaşması Parisdə bir nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.

 

Polis insidentin terror aktı olmasını istisna etmir. Şahidlərin sözlərinə görə, silahlı şəxs yoldan keçənlərə hücum edərkən “Allah Əkbər” deyə qışqırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

nineteen − 12 =