Pakistanda 200-dən çox polis kursantı girov götürülüb

0
246

Pakistanda 200-dən çox polis kursantı silahlı şəxslər tərəfindən girov götürülüb. Bu barədə “Sinxua” agentliyi xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin cənub-qərbindəki Kvett şəhərində baş verib. Belə ki, bir qrup silahlı şəxs polis kollecinə basqın edib.

“Dawn” qəzeti isə hadisə zamanı 7 polis əməkdaşının yaralandığını xəbər verib.

Silahlı şəxslərin hansı qruplaşmanın üzvləri olduğu hələlik məlum deyil.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four × four =