OZAN YADDAŞI

0
60

Dədəm Qorqud Tanrı yüklü,

Albanbaşı Qazan xan ər.

Türk-Oğuz der soyum köklü,

Odər adım bu gün Azər…

Həqqdən gələn gücünü,

İman andın qaytarar.

Kökdən gələn gücünü,

Türk inadın qaytarar.

At üstdə türk alpaqu

Şahı sirli tarixin,

Qopuzla Dədə Qorqud

Şah əsəri tarixin…

Qılıncı qında paslanan!

Oyan, yeddi parana bax…

Qopuzu dəmdə sazlanan!

Qaysaqlanan yarana bax…

Cabir Albantürk