Olland prezident seçkisindən geri çəkild

0
262

11

Fransa prezidenti Francois Olland dekabrın 1-də deyib ki, 2017-ci ilin prezident seçkilərində ikinci müddətə prezidentlik iddiasında deyil.

Bu məlumatı verən Reuters yazır ki, OllandIn bu addımı sürprizdir. Çünki prezidentin növbəti müddətə prezidentlik iddiasından geri çəkilməsi çox nadir hadisədir.

Frans Press yazır ki, 62 yaşlı prezidentin bu qərarı onun populyarlığının son dərəcə aşağı olması ilə bağlıdır. Noyabrın 30-da elan olunan son sorğuya görə, Olland seçkiyə qatılsa, birinci turda cəmi 7 faiz səs toplaya biləcəkdi.

Fransada prezident seçkisi gələn ilin aprelində keçiriləcək. Həmin son sorğuya görə, seçki bu gün keçirilsə, qalib sağşı Respublika partiyasından olan Francois Fillon olacaq.

Olland 2-ci dünya müharibəsindən sonra Fransada populyarlığı ən aşağı olan prezidentdir.

Prezidentliyə Sosilaist partiyasından namizəd kim olacaq? – Frans Press yazır ki, bunu demək çox çətindir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 8 =