Oliver Birxoff: “Klinsmannın İngiltərə yığmasına rəhbərlik imkanları daha yüksəkdir”

0
558

 

Futbol üzrə Almaniya yığmasının meneceri Oliver Birhoff İngiltərə yığmasının baş məçqisi postuna namizədlərlə bağlı son vaxtlar mətbuatda gedən çoxsaylı məlumatlara münasibət bildirib. O İngiltərə yığmasının baş məşqçisi olmağa namizədlər arasında həmyerlisi Yurgen Klinsmannın imkanlarının daha yüksək olduğunu deyib. Oliver Birhoff: “Klinsmannın İngiltərə yığmasına rəhbərlik imkanları daha yüksəkdir. Məndə olan məlumatlara görə o, artıq İngiiltərə yığmasına rəhbərlik etmək üçün adı çəkilən ölkənin futbol assosiasiyası rəhbərləri ilə danışıqlar aparır. Yurgen cəsarətli, novator məşqçilərdəndir və o gözlənilməz qərarlar qəbul edərək rəqib komandanı çətin vəziyyətdə qoymağı bacarır. Zənnimcə hazırda İngiltərə yığmasına belə məşqçi lazımdır”,-deyib.

Xatıraladaq ki, İngiltərə yığma komandasının baş məşqçisi Roy Hocson başçılıq etdiyi klubun Avropa çempionatının səkkizdəbir final oyununda İslandiyaya 1:2 hesabı ilə məğlub olmasından sonra tutduğu vəzifəsindən istefa verib. Bundan sonra İngiltərə yığmasının baş məşqçisi postuna namizədlər arasında Klinsmannın, Qlen Xodlun və Loran Blanın adları hallandırılmağa başlanıldı.

Yeri gəlmişkən qeyd edək ki, İngiltərə yığmasına rəhbərlik etməyə əsas namizədlərdən hesab edilən Yurgen Klinsmann 2011-ci ildən ABŞ yığma komandasını çalışdırır. Bundan əlavə Klinsmann Almaniya yığmasının və “Bavariya” komandasının da baş məşqçisi vəzifəsində işləyib.

BIR CAVAB BURAXIN