Şənbə, İyul 4, 2020
Ev Xəbərlər Oksanadan boşanan rəfiqəsinə dəstək:”Qucaqlaşıb ağladıq”

Oksanadan boşanan rəfiqəsinə dəstək:”Qucaqlaşıb ağladıq”

0
269
Oksanadan boşanan rəfiqəsinə dəstək:  "Qucaqlaşıb ağladıq"

Müğənni Natavan Həbibi ilə uzun müddətdir küsülü olan rəqqasə Oksana Rəsulovanın bu yaxınlarda bir araya gəlməsi hər kəsi təəccübləndirib.

Natavan “ATV maqazin onlarla”ya açıqlamasında barışıq addımının Oksanadan gəldiyini deyib.

O bildirib ki, reper həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılma xəbərindən sonra ona dəstək duran ilk adam Oksana olub:

“Bəlli hadisələrdən sonra mənə yazan ilk adam Oksana idi. Mənə yazdı ki, gəlmək istəyirəm. Bir cümlə ilə cavab verdim ki, gəl, evdəyəm. Qapını açan kimi sadəcə qucaqlaşdıq və ağladıq. Məni ən yaxşı başa düşənlərdən biri Oksanadır. Çünki… (kövrəlir…)”.

Natavan boşanması xəbərlərinə münasibət bildirb:

“Hər şey aydındır, bir aydır görüşmürük. Nə ilə nəticələnəcək ikimiz də bilmirik. Səid istədi açıqlamanı verim. Məndən olsaydı heç nə deməzdim”.axsam.az

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

two × 4 =