Oğul maşınla atasının üstündən keçib öldürdü- Azərbaycanda dəhşət

0
195

Oğul maşınla atasının üstündən keçib öldürdü

Mayın 14-də Sumqayıtda baş vermiş qətlin üstü açılıb. 

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, həmin gün saat 17 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Şabran rayon sakini Nizami Rəsulov vurulub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən görülən tədbirlərlə hadisənin “VAZ-2107” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobili idarə edən mərhumun oğlu Nazim Rəsulov tutulub. O, izahatında hadisəni ailə-məişət münaqişəsi zəminində qəsdən törətdiyini etiraf edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

thirteen − 1 =