Oğlu Elzadan utanır, onu adam yerinə qoymur

0
16

ARB TV-də yayımlanan “Səhər-səhər” verilişində qonaq olan müğənniKərim Abbasov küsülü olduğu Əməkdar artist Elza Seyidcahanın ünvanına ağır sözlər deyib.

“Minval.info” xəbər verir ki, Kərim Elzanın sənətini məsxərəyə qoyub.

“Onun sənəti yoxdur. Bəstəkardır. Danılmaz faktdır, gözəl bəstələri var. Amma oxumağın “o” hərfindən xəbəri olmayan bir insandır. O insana qalmaqal lazımdır, çünki sənəti yoxdur. Çox qurdlu, kin-küdurətli qadındır.

Mənim elə anam olsaydı, onu analıqdan çıxarardım. Özünə hörmət et. Sənin özündən böyük oğlun var. Oğlun səndən utanır. Oğlun səninlə illərdir danışmır. Səni adam yerinə qoymur. Oğlunun ayağındakı əxlaq, tərbiyə kaş onun anasının bütün canında olaydı”.

Qeyd edək ki, Elzanın oğlu Əkbər skripka ifaçısıdır və bir sıra musiqi alətlərində ifa edə bilir.

F