Obama gedənədək Ukrayna məsələsini həll etmək istəyir

0
549

11

Barack Obama prezident kabinetini tərk edənə qədər Ukraynada sülhə nail olmaq istəyir. Bunu ABŞ prezidenti Peruda keçirdiyi mətbuat konfransında deyib.

Dünən—noyabrın 20-də B.Obama Peruda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin-lə görüşüb. Ağ Evdən verilən məlumata görə, prezidentlərin söhbəti cəmi 4 dəqiqə çəkib. Onlar Ukrayna və Suriya məsələsini müzakirə ediblər. Sonrakı mətbuat konfransında B.Obama Suriyayla bağlı nikbin olmadığını bildirib, Suriyadakı qırğınlara görə İran və Rusiyanı qınayıb.

Ukraynaya gəlincə, ABŞ prezidenti deyib ki, o, Putin-dən təmsilçilərini təlimatlandırmasını, Moskvanın ABŞ, Fransa, Almaniya və Ukrayna ilə birgə fəaliyyət göstərməsini istəyib, prezidentlik fəaliyyəti bitənədək məsələni həll etmək niyyətində olduğunu çatdırıb.

Obama-nın prezidentlik müddətinin bitməsinə təqribən 2 ay qalır. Yeni prezident Donald Trump Ağ Evdə fəaliyyətinə yanvarın 20-də başlamalıdır. Trump-ın ABŞ prezidenti seçilməsi Ukraynada çoxlarını təşvişə salıb, çünki o, seçki kampaniyası zamanı Putin-ə rəğbətini gizlətməyib.

Ukraynada Rusiyanın dayaq durduğu separatçılarla müharibə 10 minə qədər adamın ölümünə səbəb olub.

Azadliq.org

BIR CAVAB BURAXIN