Obama Floridada fövqəladə vəziyyət elan etdi

0
227

ABŞ prezidenti Barak Obama tropk “Metyu” qasırğası ilə əlaqədar Florida ştatında fövqəladə vəziyyət elan edib.

“Report” bildirir ki, bu barədə Ağ Evdən məlumat verilib.

ABŞ prezidentinin fərmanı Floridanın bir neçə dairəsinə şamil olunub. Həmin ərazilərdə qasırğanın ciddi fəsadlarının ola biləcəyi ehtimal edilir.

Daha əvvəl Florida hakimiyyəti 1,5 milyon insanın yaşadığı ərazinin sakinlərini öz evlərini tərk etməyə çağırıb.

Corciya ştatının bir sıra ərazilərinin sakinləri də məcburi təxliyə edilib.

“Metyu” bu mövsümdə Karib dənizində qeydə alınan və 2007-ci ildən bəri baş verən ən güclü qasırğadır. O, sentyabrın 30-dan bəri keçdiyi ölkələrdə 150-yə yaxın insanın həyatınason qoyub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

four + 4 =