Nobel sülh mükafatı Kolumbiya prezidentinə verildi

0
511

2016-cı ildə Nobel sülh mükafatı Kolumbiya prezidenti Xuan Manuel Santosa (Juan Manuel Santos) verildi.

O, bu mükafata üsyançı FARC hərəkatı ilə 52 illik münaqişəyə son qoyan sülh razılaşmasına görə layiq görülüb.

Qeyd edək ki, oktyabrın 2-də Kartagena şәhәrindә Kolumbiyanın dövlәt başçısı Xuan Manuel Santos vә Timoçenko lәqәbli FARC lideri Rodrigo Londono arasında tarixi sülh müqaviləsi imzalandı.

Juan Manuel Santos və Rodrigo Londono

Juan Manuel Santos və Rodrigo Londono

Mәrasimdә BMT-nin baş katibi Ban Kİ Moon, ABŞ Dövlət katibi John Kerry , İspaniya kralı və bir sıra Cәnubi Amerika ölkәlәrinin liderlәri də iştirak ediblər.

Onu da qeyd edək ki, sülh razılaşması bu günlərdə ölkədə keçirilən referendumda təsdiq olunmasa da prezident bu yöndə səylərini davam etdirəcək.

Referendumda iştirak edənlərin 50 faizindən çoxu razılaşmanın lehinə səs verib.

Tərəflər arasında sülh danışıqları 2012-ci ildən başlanmışdı.

Qeyd edək ki, 1964-cü ildən bu yana Kolumbiyada bu üsyançı qrupla hökumət qüvvələri arasında gedən toqquşmalarda azı 220 min adam ölüb.

BIR CAVAB BURAXIN