Nigarla Röya davasının pərdəarxası – Qalib dəyişdirilib?

0
503

Nigarla Röya davasının pərdəarxası

Türkiyənin tanınmış “Altın Kelebek” mükafat gecəsindən sonra Azərbaycanın iki məşhur ulduzu, eyni zamanda yaxın rəfiqələr Röya Ayxanla Nigar Camalar asında yaşayan gərginlik ölkə gündəmini zəbt edib. Günlərdir Röyanın Nigarla bağlı səsləndirdiyi fikirlər müzakirə olunur. Bəs necə oldu ki, iki yaxın rəfiqənin arası birdən-birə dəyib və bütün münasibətlərə birdəfəlik son qoyublar. 

Hadisələrə səbəb təşkilatçıların əvvəlcə Nigar Camalın mükafat alacağı barədə vəd verməsidir.  Nigar isə qalib kimi mərasimə hazırlığa başlayıb.  İfaçı özəl geyim seçib, saç-makiyajını “Kelebek”ə uyğun tərzdə hazırlatmaq istəyib.

Müğənni hətta Türkiyəyə anası ilə birgə gedib. Nigar düşünüb ki, mükafat təqdim olunan zaman anasını səhnəyə dəvət edəcək, ona canlı yayımda hər şeyə görə təşəkkürünü bildirəcək.

Elə Röya Ayxan da “Xəzər maqazin”ə açıqlamasında öncədən Nigarın mükafat alacağını bildiyini deyib. O, heç yarışmaya getmək istəmədiyini bildirib.

Müğənni elə bu səbəbdən gecəyə özəl hazırlaşmayıb, saç-makiyajına diqqət etməyib. Təşkilatçılara inanan Nigarın mükafat günü xəyalları puç olub.  O, hətta öncədən qalib edilən Röyaya salam verməyib, qırmızı xalçaya belə onunla çıxmaq istəməyib.

Müğənni isə bu ittihamları qəbul etməyib, instaqramda əvvəlcədən mükafatın Röyaya veriləcəyi barədə məlumatının olduğunu qeyd edib.
Röya bütün açıqlamalarında qırmızı xalçada rəfiqəsinin aqressiyasını başa düşmədiyini qeyd edib  Nigarın, hətta yüksək səslə “Bunun nə işi var? Onu niyə çağırmısız? Əgər Röya gələcəkdisə, anamı niyə bura gətirmirmişəm?” dediyi iddia edilir.

Röya da Nigardan geri qalmayaraq beynində səhnəyə çıxacağı təqdirdə kiçik bir plan qurub.  Əməkdar artist səhnəyə çağrılan zaman Nigar Camalla əl-ələ çıxmağı düşünüb. Müğənni Nigara əl uzatsa da, həmkarı əlini geri çevirib. Nigar daha sonra gecəni yarımçıq tərk edib.

Qafqazinfo

BIR CAVAB BURAXIN